Rusiya rublu dollar qarşısında ucuzlaşmaqda davam edir.

İqtisadiyyat.az rus mediasına istinadən bildirir ki, dollar/rubl pariteti 2022-ci ilin martından etibarən ilk dəfə 95 səviyyəsini keçib.

Belə ki, həftəninə sonuna doğru rubl dollar qarşısında təxminən 0,11% ucuzlaşıb. Ekspertlər rublun ucuzlaşmasında idxalın artması ilə yanaşı, yay mövsümündə Rusiya vətəndaşlarının tətil üçün xarici valyutaya tələbatının artmasının da təsirli olduğunu vurğulayıblar.

Qeyd edək ki, Rusiya rublu 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumu zamanı 134-ə qalxıb, keçən ilin yayında isə 52-yə düşüb. 

Gülşən Şərif