Rusiya ABŞ-nin daxili siyasətinə heç vaxt qarışmayıb və qarışmır, kənardan izləyir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin TASS-ın dünya xəbər agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə deyib.

"Biz kənardan baxırıq: Heç vaxt ABŞ-nin daxili siyasi proseslərinə qarışmamışıq və qarışmaq niyyətində deyilik", - Putin qeyd edib.