Rusiyanın ötən ay neft və neft məhsulları ixracından qazancı 2,5 milyard dollar artaraq 15,3 milyard dollar olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Məlumata görə, hesabat dövründə ölkənin neft ixracının həcmi isə gündəlik 7,3 milyon barel səviyyəsində olub. Eyni zamanda, iyulda Rusiya neftinin ixracının 80%-i Çin və Hindistanın payına düşüb.

 

Gözəl Həşimova