25 avqust 2023-cü ildə Rusiya Mərkəzi Bankı pul köçürmələri üçün yeni beynəlxalq ödəniş sistemi "Kwikpay"i ödəniş sistemi operatorlarının reyestrinə daxil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə , bu mobil proqram vasitəsilə 37 ölkəyə, o cümlədən MDB, Aİ və Asiya ölkələrinin bəzilərinə köçürmələr həyata keçirilə bilər. Siyahıda Ermənistan, Belarus, Estoniya, Finlandiya, Gürcüstan, Almaniya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Vyetnam və s. ölkələr yer alıb. Həmçinin Rusiya daxilində pul köçürmələri mümkün olacaq. 

Bildirilib ki, beynəlxalq köçürmə üçün istifadəçilər MIR bank kartından, həmçinin Visa və Mastercard-dan istifadə edə bilərlər. Bununla belə, sistem proqramı Google Play Store və AppStore-da mövcud deyil.