Rusiya prezidenti Vladimir Putin xarici agent statusu ilə bağlı qaydaların təkmilləşdirilməsi haqqında qanunu imzalayıb.


İqtisadiyyat.az xəbər verir ki, Putinin imzaladığı qanun layihəsinə görə, “təsisçisi xarici agent olan media orqanı dərc olunan materiallarda onun xarici agent tərəfindən yaradıldığı barədə məlumatı əks etdirməlidir”.


Qanun layihəsində Rusiyada toplantıların, nümayişlərin və yürüşlərin qadağan olunduğu yerlər göstərilib. Bu yerlər arasında çay və dəniz limanları, dəmir yolu vağzalları, avtovağzallar və hava limanları, təhsil, səhiyyə, sosial təminat müəssisələri, uşaq və idman obyektləri nümayiş etdirilib.


Xarici agentlər siyahısında olan şəxslərin dövlət qurumlarına və yaşayış vasitələrinə məxsus binalarda və torpaqlarda nümayiş keçirməsi qadağandır.


Xarici agentlər uşaqlar üçün məlumat materialları hazırlaya bilməyəcəklər.

Bundan əlavə, xarici agentlər yetkinlik yaşına çatmayanlar üçün təlim fəaliyyəti ilə məşğul ola bilməyəcəklər.


Xarici agentlərin banklardakı əmanətləri artıq sığortalanmayacaq.


Siyasi partiyalara və onların regionlardakı nümayəndəliklərinə xarici agentlərlə iş görmək qadağandır.


Xarici agentlər ictimai tədbirlər təşkil edə bilməyəcəklər.


Seçkilərdə müşahidəçi olmaq qadağan edilən xarici agentlər bütün növ dövlət qurumlarının ekspert şuralarında iştirak edə bilməyəcək və ictimai təftiş komissiyalarının üzvü olmayacaqlar.


Xarici agent statusu olan vətəndaşlar dövlət qulluğuna qəbul edilməyəcək.

Belə vətəndaşların hər hansı növ hərbi xidmətə cəlb edilməsi də qadağandır.


Qanun layihəsi həmçinin xarici agentlərin dövlət sirlərinə daxil olmasını qadağan edirdi.


Xarici agentlər həmçinin Federal Təhlükəsizlik Xidmətində (FSB), xarici kəşfiyyatda, təhlükəsizlik güclərində, gömrükdə, prokurorluqda, istintaq komitəsində və penitensiar xidmətdə işə götürülə bilməzlər.