LGBT hərəkatı Rusiya Federasiyasının Maliyyə Monitorinqi Xidmətinin (Rosfinmonitorinq) saytında terrorçu və ekstremistlər siyahısına əlavə edilib.

İqtisadiyyat.az xəbər verir ki, Rusiya Ali Məhkəməsinin 2023-cü ilin noyabrında çıxardığı qərarla LGBT hərəkatı "ekstremist" hesab edilib və fəaliyyəti qadağan edilib.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin 2022-ci ildə imzaladığı fərmanla ölkədəki homoseksual münasibətlər "Rusiya cəmiyyəti üçün dağıdıcı ideyalar və dəyərlər" sırasına daxil edilib.