"Rusiya ilə mübahisə Ermənistan üçün fəlakətdir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində TASS-a müsahibəsində deyib.

"Rusiya ümid edir ki, Ermənistan rəhbərliyinin iki ölkənin xalqının arasını vurmaq üçün fəlakətli planları yoxdur. Səmimi qəlbdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə bir məqsədi və vəzifəsi yoxdur. Çünki, fikrimcə, bu, məhz Ermənistan üçün fəlakətli olar", - deyə Zaxarova vurğulayıb.

 

Gözəl Həşimova