Rusiya ilə Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ticarətdə milli valyutaların payı 85%-i ötür.

İqtisadiyyat.az "Rossiyskaya qazeta"ya istinadən xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.

Onun sözlərinə görə, Rusiya rublu Amerika dolları ilə avronu sıxışdırıb və MDB ölkələri ilə xarici ticarət müqavilələrində əsas valyutaya çevrilib. Belə ki, ixrac-idxal əməliyyatlarının 80%-dən çoxu rublun payına düşür.

 

Gözəl Həşimova