Rusiya pilotsuz “Soyuz” raketini orbitə çıxarıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, “Soyuz-2.1b” adlanan hərbi peyk orbitə uğurla çatıb.

"Kosmik gəmi ilə davamlı telemetrik əlaqə saxlanılır. Bort sistemləri normal işləyir", - məlumatda deyilir.

Kosmik Kəşfiyyatın Baş Mərkəzi peyki Rusiya Kosmik İdarəetmə Sisteminin kosmik obyektlər kataloquna daxil edib.