Rusiya Ermənistan tərəfinə etiraz notası göndərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata açıqlamasında bildirib.

Notaya səbəb Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfər etməsi olub.

"Biz İrəvanın Nor-Nork inzibati dairəsinin rəhbərlərinin Buçs şəhərinə səfərini, burada Rusiya barədə ünvanlanan qəbuledilməz bəyanatları, Kiyevə humanitar yardımın göstərilməsini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk", - Zaxarova deyib.