Rusiyanın Dnepr şəhərinə raket hücumu nəticəsində 9 nəfər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Açıqlamada raketin mülki şəxslərin yaşadığı binaya düşdüyü qeyd edilib: "Hücum zamanı 9 nəfər yaralanıb. Onların arasında 14 və 17 yaşlarında uşaqlar da var".

Bildirilib ki, Dnepr meri hadisə yerinə gəlib.

Ukrayna prezidenti Volodimir Zelenski də "Telegram" kanalında hadisəyə münasibət bildirib:

"Raket çoxmərtəbəli binaya və Ukrayna Təhlükəsizlik Xidmətinə məxsus binaya düşüb. Bu, Rusiyanın raketlə törətdiyi terror aktıdır. Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin rəhbərləri ilə təcili görüşlərim olub. Lazımi qruplar hadisə yerində olub. Biz lazımi işləri görürük. Vəziyyəti nəzarətdə saxlayırıq. Xalqımıza qarşı hücuma və terrora görə Rusiyanı cəzalandırmaq üçün əlimizdən gələni edəcəyik”.