Rusiya koronovirusla mübarizə məqsədilə Serbiyaya mütəxəssislər, tibbi avadanlıq və hərbi texnika göndərəcək. “İnterfaks” agentliyi xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Təyyarələr bu gün 87 hərbi qulluqçunu, hərbi həkimləri, virusologiya sahəsində mütəxəssisləri, xüsusi tibbi avadanlıqları və 16 ədəd hərbi texnikanı Belqrada çatdıracaq.