Rusiya Səhiyyə Nazirliyi abort dərmanlarının dövriyyəsinə nəzarət üçün sərəncam layihəsi hazırlayıb.

İqtisadiyyat.az bu barədə "TASS" agentliyinə istinadən məlumat yayıb.

Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun bildirib ki, son illər ölkədə abortların sayı azalıb, lakin hələ də ehtiyat var.

Hələ 2020-ci ilin may ayında Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Anna Kuznetsova apteklərdə abort dərmanlarının satışını məhdudlaşdırmağı təklif etdi. 2023-cü ilin iyununda Kuznetsova Dövlət Dumasının sədr müavini kimi Rusiya qubernatorlarına özəl klinikalara abort lisenziyasının verilməsinin ləğvini aktuallaşdırdı.

İndi isə Muraşko tibbi abort dərmanlarına ciddi nəzarət etməyə çağırdı.