Rumıniyanın Kapu Midiya (Konstansa qraflığı) şəhərində NATO-nun İnteqrasiya edilmiş Hava və Raket Hücumundan Müdafiəsi (IAMD) təlimi - "Ramstein Legacy 24" (RALY24) keçirilir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Manevrlərdə Rumıniya, Macarıstan, Almaniya, Litva, Polşa, Portuqaliya, Slovakiya, Türkiyə, Fransa və Çexiyadan 1,3 min hərbçi iştirak edir. 

Təlim zamanı Rumıniya ikinci "Patriot" sisteminin döyüşə hazır vəziyyətə gətirilməsini başa çatdıracaq və bu sistem poliqonda real atışların nəticələrinə əsasən sertifikatlaşdırılacaq.

İyunun 3-9-da Rumıniyada manevr zonasında qüvvələrin yerləşdirilməsi, iyunun 10-14-də isə atışlı taktiki təlimlərin keçirilməsi planlaşdırılır. Şəxsi heyət 14-16 iyun tarixlərində daimi dislokasiya məntəqələrinə qayıdacaq.