Papa Fransisk Rusiyanın 15-16 iyunda İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransda iştirakını vacib hesab edir.  

İqtisadiyyat.az xəbər verir ki, bunu TASS-a Dünya Köhnə Möminlər Birliyinin rəhbəri Leonid Sevastyanov Vatikanda pontifiklə təkbətək görüşünün yekunlarına dair açıqlamasında bildirib.

"Biz iki saat danışdıq, hər şeyi danışdıq, o cümlədən Ukraynada sülh, qarşıdan gələn konfransı. Papa da hamını dialoqa mümkün qədər tez başlamağa çağırır, hesab edir ki, Rusiya istənilən dinc konfransa daxil edilməlidir. Və Rusiyanın iştirakı olmadan heç bir danışıqların real mənası yoxdur", - Sevastyanov bildirib.