Bakıda usta hündürlükdən yıxılıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində yerləşən restoranlardan birində qeydə alınıb.

Restoranın ikinci mərtəbəsinin tavanında təmir işləri görən 1996-cı il təvəllüdlü Xaliq Mirzəzadə taxta konstruksiyanın üzərindən yerə yıxılıb.

Nəticədə o, ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.