Bakıdakı 3 saylı Uşaq Evində saxlanılan və bir neçə gün əvvəl 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmə evə buraxılıb.

İqtisadiyyat.az bildirir ki, bu barədə xəstəxanadan məlumat verilib.

Qeyd olunub ki, yeniyetmə qardaşının ərizəsi əsasında onun himayəsində evə ambulator müalicəyə buraxılıb.

Xatırladaq ki, xəstəxananın baş həkimi Ağahəsən Rəsulov bu gün işdən çıxarılıb.