Azərbaycan Milli Konservatoriyada dərslərin distant formada keçirilməsi qərara alınıb.

Buna səbəb ali məktəbin rektor və əməkdaşları arasında koronavirusun (COVID-19) yayılmasıdır.

Dərslər iki həftə ərzində distant formada davam etdiriləcək.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi oxu.az-a açıqlamasında bildirib ki, artıq bir həftədir ki, koronavirusa yoluxub:

“Səhhətim yaxşıdır. Yavaş-yavaş düzəlirəm”.