Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 2-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Hazırda xəstələrin 136-i reanimasiyadadır. 14 xəstə isə süni tənəffüs cihazına qoşulub. 

Ümumilikdə 2 078 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 36 732 nəfərə, sağalanların sayı 34 116 nəfərə, vəfat edənlərin sayı isə 538 nəfərə çatıb.report