Artıq bir neçə gündür TƏBİB-in sabiq sədri Ramin Bayramlı və onun əmrində olan “adamları” ilə bağlı müxtəlif informasiyalar gündəmi zəbt edib.

Məlumata görə, dövlət vəsaiti hesabına alınmış reaktiv-reagent, sərfiyyat mallarının ötürüldüyü  “İnci laboratoriyaları” qurumun qanuni təmsilçisi, “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyinin məsul katibi Yavər Hacısoyun nəzarətindədir.

Qeyd edək ki,  bir sıra faktlar üzrə aparılmış audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq.

Onu da bildirək ki, ölkədə bütün sahələrdə olduğu kimi tibb sahəsində də davamlı yoxlamalar, monitorinqlər aparılır. Ölkə rəhbərliyinin siyasi kursuna, xalqına, dövlətinə xidmətində xələl gətirən hər bir məmur öz cəzasını hüquqi müstəvidə alacaq.