Azərbaycan Respublikası Prezidenti İlham Əliyev  Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubovun və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

İqtisadiyyat.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı digər sərəncamla Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin olunub. Mədət Quliyev isə Müdafiə Sənayesinin naziri təyin edilib.