"Qəzzada gördüklərimizin Livanda təkrarlanmasına və Qəzzada mövcud vəziyyətin davam etməsinə icazə verə bilmərik".

İqtisadiyyat.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş bildirib.

Quterreş 7 oktyabrdan bu yana 100 gündə Qəzzada baş verən hadisələrlə bağlı mətbuata açıqlama verib.

Bütün əsirlərin azad edilməsini tələb edən Quterreş, HƏMAS-ın törətdiyi iddia edilən cinsi zorakılığın araşdırılması lazım olduğunu da bildirib.

Quterreş deyib: "Heç nə dinc əhalinin öldürülməsinə, yaralanmasına, oğurlanmasına və ya raketlərin atılmasına haqq qazandıra bilməz".

İsrail qüvvələrinin Qəzzaya hücumlarının 100 gündür davam etdiyinə diqqət çəkən Quterreş əlavə edib: "Hücumların yaratdığı dağıntılar və həlak olan mülki vətəndaşların sayı mənim baş katib olduğum müddətdə görünməmiş səviyyədədir".