Qusar Rayon Polis Şöbəsinə rayonun Ləzə kəndində yerləşən yaylaq sahəsindən 12 baş iribuynuzlu heyvanın itməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, faktla bağlı müvafiq araşdırmalara baṣlanılıb. Keçirilən əməliyyat-axtarış təsbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qobustan rayon sakini Asif Binyətov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.