Qubadlı rayonunda 35 kV-luq elektrik veriliş xətti çəkiləcək.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı "Azərişıq" hazırlıqlara başlayıb.

Qeyd edilib ki, bu, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədi daşıyır.

Qurum sözügedən işlərin həyata keçirilməsini "Şans Construction" şirkətinə həvalə edib.

Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri 5 milyon manata başa gələcək.