Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün qlobal neft tələbinin artımı ilə bağlı proqnozunu gündəlik 2,2 milyon barel səviyyəsində saxlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Qlobal neft tələbi bu il sutkada 2,2 milyon barel artaraq 101,8 milyon barelə çatacaq. Bu da Çində reaktiv yanacaq və neft-kimya xammal ehtiyatlarının artması ilə əlaqədardır. IEA-nın məlumatına görə, çətin iqtisadi vəziyyətə baxmayaraq, bu il artımın 75%-i və ya gündə cəmi 2,2 milyon barel neftin 1,6 milyon bareli Çinin payına düşəcək.

Agentliyin məlumatına görə, qlobal tələb artımı 2024-cü ildə kəskin şəkildə yavaşlayaraq gündə təxminən 1 milyon barelə enəcək.

 

Gözəl Həşimova