Bu il qlobal neft tələbinin sutkada 2,2 milyon barel artacağı proqnozlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in baş katibi Heysəm əl-Qeys Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu il neft tələbi sutkada 2,2 milyon barel artacaq və gələcəkdə də davamlı olaraq artmağa davam edəcək.

Bildirilib ki, bu ilin birinci rübündə gündəlik tələb 2,3 milyon barel artıb.

Qeyd edək ki, iyunun 5-dən 8-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir.

 

Gözəl Həşimova