Qızılın qiyməti cüzi ucuzlaşıb.

İqtisadiyyat.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri olaraq 0,13 % və ya 2,15 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 711,55 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,83 % düşərək 1 unsiyası 21,15 ABŞ dolları təşkil edib.

Treyderlər ABŞ-da oktyabr ayı üzrə illik inflyasiya statistikasının açıqlanmasını gözləyirlər. Analitiklər oktyabrda inflyasiyanın əvvəlki ay ilə müqayisədə 8,2%-dən 8%-ə enəcəyini gözləyirlər. Bununla da, inflyasiya ardıcıl dördüncü ay zəifləyə bilər. Bununla belə, göstərici Federal Ehtiyatlar Sisteminin (FED) 2%-lik hədəf səviyyəsindən xeyli yuxarı qalmaqdadır.

Açıqlanacaq statistika FED-in gələcək siyasətinə təsir edə bilər. İlin əvvəlindən tənzimləyici orqan inflyasiya ilə mübarizə məqsədilə uçot dərəcəsini ardıcıl 6 dəfə artırıb.