Danimarkanın "Maersk" şirkətinə məxsus "Hangzhou" konteyner gəmisi Qırmızı dənizin cənubunda atəşə tutulub, bir raket gəmiyə düşüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şənbə günü ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Bu gün Səna vaxtı ilə təxminən 20:30-da "Maersk Hangzhou" konteyner gəmisi Qırmızı dənizin cənubunda üzərkən raketlə vurulduğunu bildirdi", - komandanlığın "X" səhifəsində bildirilib.

CENTCOM bildirir ki, Sinqapur bayrağı altında üzən sözügedən gəmi yardım istəyib, bundan sonra "Gravely" və "Laboon" esminesləri ona doğru hərəkət edib.