Danimarkanın gəmiçilik şirkəti "Maersk"in "Hangzhou" ticarət gəmisi Qırmızı dənizdə Husilər tərəfindən yenidən hücuma məruz qalıb. Buna cavab olaraq ABŞ vertolyotları hücum edən gəmiləri batırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd edilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin helikopterləri özünümüdafiə məqsədi ilə cavab atəşi açaraq dörd kiçik qayıqdan üçünü batırıb və ekipajları zərərsizləşdirib. ABŞ Mərkəzi Komandanlığından bildirib ki, dördüncü qayıq ərazini tərk edib.