Qırğızıstan və Tacikistan sərhədində 5,3 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qırğızıstan Seysmologiya İnstitutu məlumat yayıb.

Zəlzələnin mənbəyi Tacikistan ərazisində, Qırğızıstanın Kara-Teyit kəndindən 16 kilometr cənub-şərqdə yerləşib.

Məlumata görə, Qırğızıstan ərazisində yeraltı təkanlar nəticəsində tələfat və dağıntılar qeydə alınmayıb.

 

Gözəl Həşimova