Qırğızıstan dövləti Rusiyada taksi sürücüsü işləyən respublika vətəndaşı və Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının iştirakçısı arasında baş vermiş insidentlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Qırğızıstanın Rusiya Federasiyasındakı səfirliyi Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə bu ölkədə çalışan qırğızıstanlı taksi sürücüsünə qarşı başlanmış cinayət işinə obyektiv və hərtərəfli baxılması xahişi ilə rəsmi nota göndərib", - məlumatda deyilir.

Qeyd edək ki, bu nota cari ilin iyunun 3-də bir sıra kütləvi informasiya vasitələrində "Moskvada Qırğızıstandan olan taksi sürücüsünə qarşı cinayət işi açılıb" şəklində məlumatla əlaqədar göndərilib.

Buradan məlum olduğu kimi, Qırğızıstanın Rusiya Federasiyasındakı səfirliyi taksi sürücüsünə onun müraciəti əsasında lazımi konsulluq və hüquqi yardım göstərib.

"Nəticədə cinayət tərkibinin olmaması səbəbindən Qırğızıstan vətəndaşına qarşı cinayət işinə xitam verilib", - Qırğızıstan Xarici İşlər Nazirliyi vurğulayıb.