Qırğızıstan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.

"Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını qətiyyətlə müdafiə edən Qırğızıstan Respublikası bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik vasitələrlə həllinə çağırır", - məlumatda deyilir.