Bu gün Qəzza zolağından İsrailin cənubuna 50-yə yaxın raket atılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Məlumata görə, əsas zərbə Qəzza ilə sərhəddən 11 km şərqdə yerləşən Netivot şəhərinə dəyib. Şəhərdə ən azı bir qeyri-yaşayış binasına zərbə endirilib, raket parçaları şəhərin müxtəlif ərazilərinə düşüb və hələ ki, itkilər barədə məlumat yoxdur.

 

Gözəl Həşimova