İsrail və HƏMAS qruplaşması arasında oktyabrın 7-dən etibarən Qəzza zolağında davam edən döyüşlərdə ölənlərin sayı son 24 saatda 40 nəfər artaraq 37 124-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Xidməti məlumat yayıb.

Müharibə nəticəsində daha 218 nəfər yaralanıb. Bununla da yaralıların sayı 84 712-ə yüksəlib.

 

Gözəl Həşimova