Oktyabrın 7-dən bəri Qəzzada həyatını itirən mətbuat mənsublarının sayı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzzadakı Media Ofisi məlumat yayıb.

Məlumata görə, bu gün "Əl-Gad" televiziyasının fotomüxbiri Yezen əz-Zuveyd həyatını itirib.

Qeyd edək ki, ümumilikdə isə oktyabrın 7-dən bəri müharibədə həyatını itirən jurnalistlərin sayı 118-ə yüksəlib.

 

Əli Ağayev