Qəzza zolağına elektrik enerjisi verən yeganə elektrik stansiyasının 10-12 saatlıq yanacağı qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fələstin Enerji İdarəsi məlumat yayıb.

Məlumata görə, Qəzza zolağına enerji verən və yeganə elektrik enerjisi istehsalı mənbəyi olan elektrik stansiyasının yanacağı tükənəcək.

Xatırladaq ki, daha əvvəl İsrail tam mühasirə planı ilə əlaqədar Qəzzaya elektrik verilişini kəsdiyini açıqlayıb.

 

Gözəl Həşimova