Qəzza şəhərində fəaliyyət göstərən yeganə elektrik stansiyası yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb.

İqtisadiyat.az xəbər verir ki, bu barədə Əl Hadath telekanalı məlumat yayıb .

Məlumata görə, stansiya daxili təcili yanacaq ehtiyatı tükəndiyi üçün fəaliyyətini dayandırıb.

Bildirilib ki, Fələstində internet işləmir və elektrik enerjisi yalnız kritik obyektlərə verilirdi.

 

Gözəl Həşimova