İsrailin Qəzza zolağında hərbi əməliyyatları başlayandan bəri həlak olan fələstinlilərin sayı 32 mini keçib, 74,3 minə yaxın insan isə yaralanıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Departamentin rəsmi teleqram kanalında dərc olunan bəyanatda deyilir: "Ötən ilin oktyabr ayından etibarən İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı 32 070 nəfərə çatıb, ən azı 74 298 nəfər yaralanıb".

Qəzza Səhiyyə Nazirliyi onu da qeyd edib ki, təkcə son 24 saat ərzində anklavda 82 nəfər həlak olub, daha 110 nəfər yaralanıb. Ölənlərin bəzilərinin cəsədləri dağıntılar altındadır.