Balakəndə ötən gün axşam saatlarından başlayan  qeyri-sabit hava şəraiti rayonda bir sıra fəsadlar törədib.  

DİN mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, güclü küləklə müşahidə olunan leysan yağışı və dolu bir neçə kənddə fərdi yaşayış evlərinin, yardımçı tikililərinin dam örtüyünü yararsız hala salıb.

Polis əməkdaşları də təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə şəhid ailələri və digər rayon sakinlərinin evlərində olub, onlara köməklik göstəriblər.

Rayon Fövqaladə Hallar Komisiyasının üzvləri və müvafiq qurumların nümayəndələri əraziyə ezam olunub, hazırda ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır