Ölkədə vergi öhdəlikləri ilə bağlı vətəndaşların maarifləndirilməsi məqsədi ilə kifayət qədər məlumatlar dərc olunur, layihələr həyata keçirilir. İnsanları maraqlandıran suallar Dövlət Vergi Xidməti tərəfindən yerindəcə cavablandırılır.

İqtisadiyyat.az vətəndaşları maraqlandıran daha bir sual ətrafında məlumatı təqdim edir:

Üç ildən artıq qeydiyyatda olduğumuz mənzili həyat yoldaşıma bağışlamaq istəyirəm. Bu halda vergi ödəməliyəmmi?

Vergi Xidmətindən verilən xəbərə görə, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab olunur. Fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.

Həmçinin yaşayış sahəsinin ailə üzvünə hədiyyə verilməsi (bağışlanması) vergidən azaddır.

Qeyd edək ki, mənzilin mülkiyyətçisi 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu üçün, qeyd olunan mənzilin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb edilmir.