Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani Rusiya prezidenti Vladimir Putinə teleqram vuraraq, Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədar başsağlığı verib.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq bəyanat Əmirin ofisinin "X" hesabında paylaşılıb. 

Qətər Xəbər Agentliyinin məlumatına görə, analoji teleqramı Putinə hökumət başçısı, Əmirliyin xarici işlər naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani göndərib. Əmir və Baş nazir terror aktı zamanı yaralananların tezliklə sağalmasını arzulayıblar.