Noyabrın 9-u saat 17 radələrində Samux rayon Burunqovaq kənd sakini 1986-cı il təvəllüdlü Muraz Abbasovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə İqtisadiyyat.az-a Samux rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 2001-ci il təvəllüdlü Eltac Çələbiyevin rayonun Burunqovaq kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Muraz Abbasova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Eltac Çələbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.