"Qərb-Rusiya qarşıdurmasında hər tərəfin öz arqumentləri var, amma faktlar arqumentləri "döyür". Fakt odur ki, ABŞ-ın köməyi ilə Almaniya (müharibədən sonra AFR), Yaponiya, Cənubi Koreya və Sinqapur kimi uğurlu modellər qurulub".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli məlumat verib.

 

 

O, bildirib ki, SSRİ-Rusiyanın uğurlu modelləri isə nəzərə çarpmır:

"Bəs, SSRİ-Rusiyanın hansı uğurlu modeli var?! Kuba - Karib dənizinin cənnəti ən kasıb ölkələrdən birinə çevrilib. Şimali Koreya - BMT düyü verməsə, acından ölər, post-sovet Respublikarı (Baltikyanı ölkələr xaric)  hər yerdə problem, "barıt çəlləyi", müharibələr, kasıblıq...Sual yaranacaq ki, Qərbin cinayətləri olmayıbmı?! Olub.

Liviya, Suriya, İraq, Əfqanıstan (burada SSRİ-nin də payı az deyil) - böyük səhvlər idi, insanlıq adına utanc hələ də davam edir. Lakin heç olmasa, uğurlu layihələri də var, amma Rusiyanın yoxdur. Moskvanın ən zəif nöqtəsi təbliğatının ən böyük "qara dəliyi" məhz budur".