ABŞ ilə Avropa liderləri öz bəyanatlarında İranı və ya digər üçüncü tərəfləri İsrail-HƏMAS müharibəsinə qarışmamağa çağırıblar. 

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ABŞ-nin Baş Qərargah rəisi Çarlz Braunun ötən gün verdiyi açıqlamada İrana HƏMAS və İsrail arasında qarşıdurmalara qarışmamaq barədə xəbərdarlıq edib və münaqişənin genişlənməsini istəmədiklərini bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bu məsələ ilə bağlı bildirib ki, İran uzun müddətdir ki, HƏMAS və regiondakı digər terror şəbəkələrini resursları və təlim imkanları ilə dəstəkləyib: “İranın bu məsələdə şərik olduğu aydındır, lakin bizdə konkret sübut yoxdur”.

 

Gözəl Həşimova