Noyabrda Qazaxıstanda inflyasiya illik ifadədə 19,6 faizə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.

Tokayev son 11 ayda iqtisadi artım 4,6 faizdən 2,7 faizə endiyini, belə bir vəziyyət əhalinin həyat səviyyəsinə və gəlirlərinə ən çox mənfi təsir göstərdiyini açıqlayıb.

Baş nazir Əlixan Smailov qiymət artımını geosiyasi gərginliyin artması və bəzi malların qonşu ölkələrə ixracına məhdudiyyətlərin tətbiqi ilə izah edib.