Qazaxıstan hakimiyyəti və Çinin “China Nonferrous Metal Mining” şirkəti respublikada ilkin dəyəri 1,5 milyard dollar dəyərində olan mis əritmə zavodunun tikintisinə dair saziş imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yeni zavod 1000-dən çox yeni iş yerinin yaradılmasına səbəb olacaq.

Zavod ölkənin şərqində Abay rayonunun Aktoqay kəndi yaxınlığında tikiləcək.

Bildirilib ki, müəssisə mis tərkibli xammal və mis katodların emalı üzrə daxili bazar tələbatını ödəyəcək.

 

Gözəl Həşimova