Qazaxda intihar hadisəsi baş verib.

İqtisadiyyat.az "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Salahlı kəndində qeydə alınıb.

2001-ci il təvəllüdlü Aytən Mehdiyeva yaşadığı evdə özünü asıb.

Gənc qadının meyti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.