Qazax rayonunda 10 nəfər koronavirus əlaməti ilə xəstəxanaya yerləşdirilib. İqtisadiyyat.az saytına daxil olan məlumata görə, həmin şəxslər xəstəxananın infeksiya şöbəsinə yüksək hərarətlə daxil olublar.

Məlumatı Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədova saytımıza təsdiqləyib.

Əlavə məlumat veriləcək.