İyulun 23-də Qax rayonunun Sarıbaş kəndi istiqamətində itkin düşən Qax rayon sakini 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun meyiti mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə tapılıb.

Bu barədə İqtisadiyyat.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kamallı Rəhman Sədrəddin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən ərazidən təxliyə edilərək aidiyyəti üzrə təhvil verilib.