Qax rayonunda hava şəraiti kəskin dəyişib.

Rayonun İlisu kəndinə dolu yağıb. Təxminən 5 dəqiqə davam edən dolunun diametri 10-20 millimetr olub.

Kənd sakinləri "Report"a bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub, ildırımla müşahidə olunan leysan yağışı yağıb.

Qaxın İlisu kəndi dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir.